Əkinçilik İnstitutunun əməkdaşı Gürcüstanda “Nutrimax” Yem Şirkətində keçirilən görüşdə iştirak etdi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva 8 iyul 2019-cu il tarixində Dovşançılıq Assosiasiyasının təşəbbüsü və “Nutrimax” Yem Şirkətinin dəvəti ilə Tiflis şəhərində keçirilən tədbirdə iştirak etdi. Burada o, “Nutrimax” yeminin tərkib komponentləri, keyfiyyət göstəriciləri, istehsal texnologiyası, laboratoriyaların işi ilə tanış oldu.

Görüşdə məlum oldu ki, şirkət müxtəlif heyvanlar, iri və xırdabuynuzlu, donuzlar, quşlar və dovşanlar üçün qarışıq, qüvvətli yem istehsal edir və eyni zamanda yemlərin tərkib komponentlərini ənənəvi yem bitkiləri (yonca, arpa, qarğıdalı, günəbaxan, soya şrotu, raps şrotu və s.) təşkil edir. “Nutrimax” Yem Şirkətinin rəsmi nümayəndələri bu yemlərin Azərbaycana ixracı üçün hazırlıq işlərinin getdiyini bildirdilər. Belə bir yem zavodunun Azərbaycanda da tikiməsinin ölkə üçün faydalı olacağı qeyd edildi.

Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Nutrimax” Yem Şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin bağlanması da müzakirə obyektinə çevrildi.

 


Əkinçilik İnstitutunun əməkdaşı Gürcüstanda “Nutrimax” Yem Şirkətində keçirilən görüşdə iştirak etdi Əkinçilik İnstitutunun əməkdaşı Gürcüstanda “Nutrimax” Yem Şirkətində keçirilən görüşdə iştirak etdi