Qarğıdalı üzrə beynəlxalq ekspert Əkinçilik ET İnstitutunda

Qarğıdalının Azərbaycan üçün prioritet sahə olduğunu, Türkiyənin hibrid qarğıdalı istehsalındakı nailiyyətlərini nəzərə alaraq Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Adana şəhərindəki Doğu Akdeniz Tarım Araştırma İnstitutunun direktor müavini, qarğıdalı üzrə tədqiqatçı Dr. İbrahim Cerit Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ekspert qismində 22-28 iyul tarixində Əkinçilik ET İnstitutunda və onun bölgələrdəki təcrübə stansiyalarında olacaq.

İnstitutun direktoru Cavanşir Təlai qonağa institutda qarğıdalının seleksiyası və toxumçuluğu, keyfiyyəti ilə əlaqədar aparılan tədqiqatlardan, mövcud problemlərdən, hibrid qarğıdalı toxumçuluğunun təşkilinin ölkə üçün əhəmiyyəti haqqında məlumat verdi. “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi çərçivəsində ekspert qismində Azərbaycana gəlmiş Dr. İbrahim Cerit yerli mütəxəssislərə hibrid qarğıdalı toxumçuluğu ilə əlaqədar nəzəri və praktiki bilgilər verəcəyini, qarğıdalının seleksiyası və toxumçuluğuna dair tədqiqat proqramlarının hazırlanmasında iştirak edəcəyini, “Double haploid”  texnikasının üstünlükləri haqqında məlumat verəcəyini, yerli mütəxəssislərlə birgə təcrübələrin qoyulmasını bildirdi.

Hal-hazırda institutun “İlkin toxumçuluq və toxumun keyfiyyəti laboratoriyası”nda Türkiyədən gətirilmiş qarğıdalının haploid xətlərinə aid toxumların seçilməsi və laboratoriya şəraitində cücərdilməsi işlərinə start verildi. Tədqiqatlar həftənin sonuna qədər davam edəcək.


Qarğıdalı üzrə beynəlxalq ekspert Əkinçilik ET İnstitutunda Qarğıdalı üzrə beynəlxalq ekspert Əkinçilik ET İnstitutunda Qarğıdalı üzrə beynəlxalq ekspert Əkinçilik ET İnstitutunda Qarğıdalı üzrə beynəlxalq ekspert Əkinçilik ET İnstitutunda Qarğıdalı üzrə beynəlxalq ekspert Əkinçilik ET İnstitutunda