Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi

Əkinçilik ET İnstitutunun “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova 15-19 iyul 2019-cu il tarixində Rusiya Federasiyasının Nalçik şəhərində N.İ.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Otbor” ASC-nin təcrübə sahəsində Azərbaycan genofonduna məxsus qarğıdalı genotiplərinin qiymətləndirilməsində iştirak etdi. O, ezamiyyə müddətində qarğıdalı nümunələrinin sterillik xüsusiyyətlərini təsbit etmək üçün sterillik əlamətlərini bərpa edən və möhkəmlədən testerlərlə yoxlanılmasında, təcrübə sahəsində resiprok tozlanma işlərinin, fenoloji müşahidələrin aparılmasında, steril nümunələrin təsbit edilməsində yaxından iştirak etdi. H. Məmmədova ezamiyyə müddətində klassik və innovativ metodlarla hibrid alınma üsullarının öyrənilməsinə həsr edilmiş təlimdə də iştirak etdi.

Səfər müddətində “Otbor” ASC-nin rəhbərliyi hibrid qarğıdalının alınması texnologiyasının Azərbaycanda inkişaf etdirilməsi, toxum və tester xətlərlə təmin edilməsi məqsədilə hər iki müəssisə arasında elmi əməkdaşlıq müqaviləsinin bağlanılmasına maraqlı olduqlarını bildirdilər. Artıq hər iki müəssisə arasında elmi əməkdaşlığa dair müqavilə imzalanmışdır.


Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi Əkinçilik İnstitutunun əməkdaşı Nalçik şəhərində Azərbaycana məxsus qarğıdalı nümunələrinin qiymətləndirilməsində və təlimdə iştirak etdi