Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi heyəti ilə Əkinçilik İnstitutunda görüş keçirildi

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor  Əlövsət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə cari ilin 25 iyul tarixində Əkinçilik İnstitutunda görüş keçirildi. Görüşdə Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai qonaqlara institutda aparılan aqrokimyəvi və aqrofiziki tədqiqatlar, elmi əməkdaşlıq haqqında bağlanılmış müqavilə əsasında görülmüş işlər, müştərək tədqiqat işlərinin aparılmasının əhəmiyyəti haqqında məlumat verdi. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev Əkinçilik ET İnstitutu ilə birgə tədqiqat işlərinin aparılmasına, müştərək kadr hazırlığına, institutlararası elmi inteqrasiyanın gücləndirilməsinə maraqlı olduğunu qeyd etdi. Nümayəndə heyəti institutun “Torpaq və bitki analizləri” laboratoriyasında aparılan aqrokimyəvi analitik işlərlə tanış oldular. Görüşdə əməkdaşlığın perspektivləri, birgə elmi-tədqiqat və layihələrin aparılması sahəsində fəaliyyətlərin genişləndirilməsi qərara alındı.


Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi heyəti ilə Əkinçilik İnstitutunda görüş keçirildi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi heyəti ilə Əkinçilik İnstitutunda görüş keçirildi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi heyəti ilə Əkinçilik İnstitutunda görüş keçirildi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi heyəti ilə Əkinçilik İnstitutunda görüş keçirildi