Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü

Əkinçilik ETİ “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin ikinci mərhələsinə start verdi. Layihənin beynəlxalq ekspertləri Türkiyə Respublikasının Adana Tarımsal Araştırmalar İnstitutunun əməkdaşları Dr. İbrahim Cerit və Dr. Gönül Cömertpay ikinci dəfə Azərbaycana gəldilər. Onların iştirakı ilə laboratoriya şəraitində birinci mərhələdə kolxisin maddəsi ilə xromosom çütlənməsi aparılan haploid qarğıdalı toxumlarının xüsusi işıq və istilik şərtlərində cücərdilən qarğıdalı şitillərinin açıq havaya köçürülməsi həyata keçirildi. Bitkilər əvvəlcə üzvi və orğanik gübrələrin verilərək bütün aqrotexniki qulluqların dəqiqliklə yerinə yetirildiyi və damlama suvarma sisteminin hazırlandığı istixanada tək-tək, daha sonra can suyu verilərək torpağa əkilmişdir. Sonra isə bitkilərə maye gübrə verilmişdir. Ekspertlər bitkiləri bir həftə ərzində diqqətdə müşahidə edərək, yerli mütəxəsislərlə birgə ikinci gübrələmə işlərini həyata keçirəcəklər. Bununla bərabər ekspertlərin qarğıdalı genplazmı və seleksiya işləri haqqında mühazirələr keçirəyi də nəzərdə tutulmuşdur.

 

 


Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü Türkiyədən gəlmiş ekspertlərin iştirakı ilə haploid qarğıdalı toxumları laboratoriya şəraitində cücərdikdən sonra açıq sahəyə köçürüldü