Zaqatalada toxumçuluğa həsr edilmiş seminar keçirildi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşəbbüsü ilə 19 avqust 2019-cu il tarfixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının Pərzivan sahəsində “Keyfiyyətli toxumun əldə edilməsində mütərəqqi təmizlənmə texnologiyalarının rolu” na həsr edilmiş seminar keçirib. Seminarda Şəki Regional Toxum Sertifikatlaşma Mərkəzinin nəzdində olan Qax, Oğuz, Qəbələ, Balakən, Zaqatala rayonlarının baş aqronomları və fermerlər iştirak ediblər.

 Seminarda Şəki Regional Toxum Sertifikatlaşma Mərkəzinin müdiri Abdulkərim Abdulkərimov, Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov çıxış etdilər. Onlar son zamanlar dövlət tərəfindən aqrar sektorda toxumçuluğun inkişafı istiqamətində görülmüş işlər, istifadə olunan müasir avadanlıq və əldə edilmiş müsbət nəticələr barədə məlumat verdilər. Sonda tədbir iştirakçıları müasir tələblərə cavab verən toxumtəmizləmə xəttinin iş prinsipi ilə, hazır toxum partiyaları ilə tanış oldular.


Zaqatalada toxumçuluğa həsr edilmiş seminar keçirildi Zaqatalada toxumçuluğa həsr edilmiş seminar keçirildi Zaqatalada toxumçuluğa həsr edilmiş seminar keçirildi Zaqatalada toxumçuluğa həsr edilmiş seminar keçirildi Zaqatalada toxumçuluğa həsr edilmiş seminar keçirildi