Əkinçilik ET İnstitutu ilə “Moran Agro” MMC arasında taxılçılıq sahəsində əməkdaşlıq müqaviləsi bağlandı

Əkinçilik ET İnstitutu ilə “Moran Agro” MMC arasında cari ilin 10 sentyabr tarixində iki tərəfli görüş keçirildi. Görüşdə Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai institutda taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və Dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri haqqında məlumat verdi. “Moran Agro” MMC-nin direktoru Elçin Emil rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı sahəsindəki fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verdi və Əkinçilik ET İnstitutu ilə taxılçılıq sahəsində əməkdaşlığa maraqlı olduqlarını bildirdi. Əkinçilik ET İnstitutu ilə “Moran Agro” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai və “Moran Agro” MMC-nin direktoru Elçin Emil imzaladılar. Müqaviləyə əsasən tərəflərin razılığı ilə institutun 3 yumşaq buğda sortu müxtəlif gübrə normalarında nümayiş etdiriləcək, ictimaiyyətə açıq tarla platformasında digər fermerlər üçün tərəflər arasında razılaşdırılmış və təsdiqlənmiş tədbirlər planına uyğun elmi-praktiki seminarların, tarla günlərinin və təlimlərin təşkili nəzərdə tutulmuşdur.


Əkinçilik ET İnstitutu ilə “Moran Agro” MMC arasında taxılçılıq sahəsində əməkdaşlıq müqaviləsi bağlandı Əkinçilik ET İnstitutu ilə “Moran Agro” MMC arasında taxılçılıq sahəsində əməkdaşlıq müqaviləsi bağlandı Əkinçilik ET İnstitutu ilə “Moran Agro” MMC arasında taxılçılıq sahəsində əməkdaşlıq müqaviləsi bağlandı