Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi

Qarğıdalı tədqiqatları üzrə beynəlxalq ekspert, Türkiyə Respublikasının Adana şəhərindəki Doğu Akdeniz Tarımsal Araştırmalar institutunun əməkdaşı doktor Gönül Cömertpayla “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi çərçivəsində 11 sentyabr 2019-cu il tarixində 2-ci dəfə instituta səfər etdi. Səfərin ilk günü xanım Gönül Cömertpayı institutun direktoru Cavanşir Təlai qəbul etdi. Görüşdə hibrid qarğıdalı toxumçuluğu ilə bağlı görülməsi vacib olan məsələlər, Azərbaycanda bu sahənin gələcək inkişaf perspektivləri, iki institut arasında elmi əməkdaşlığın əhəmiyyəti müzakirə olundu. Günün ikinci yarısı ekspert Gönül Cömertpay və institutun müvafiq əməkdaşları Tərəvəzçilik ET İnstitutunda oldular. Burada institutun direktoru Elmar Allahverdiyev beynəlxalaq ekspertə institutun təşkilati strukturu, tədqiqat prioritetləri, yaradılmış tərəvəz bitki sortları, onların üstünlükləri haqqında ətraflı məlumat verdi. Xanım Gönül Cömertpay təmsil olduğu institutun elmi istiqamətləri və fəaliyyətlərinə, Tərəvəzçilik institutunun Türkiyədə fəaliyyət göstərən müvafiq institutlar ilə əməkdaşlığın və genetik materialların mübadiləsinin zəruriliyinə toxundu. Sonda beynəlxalq ekspert və onu müşaiyət edən nümayəndə heyəti Tərəvəzçilik institutunun müxtəlif təyinatlı laboratoriyaları, onların fəaliyyətləri ilə yaxından tanış oldular.


Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi Beynəlxalq ekspert ikinci dəfə Əkinçilik ET İnstitutuna səfər etdi