Əkinçilik ET İnstitutunda aparılan elmi tədqiqat işlərinin məqsədinə dair tədbir keçirildi

12.09.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi müdirinin müavini Fərman Kərimov Əkinçilik Elmi Tədqiqat İnstitutunda oldu. İnstitutun elmi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə F. Kərimov elmi tədqiqat işlərinə aid bir sıra aktual məsələlərə toxundu, şöbə və laboratoriyaların apardığı elmi tədqiqat işləri ilə maraqlandı. O, institut tərəfindən yaradılan sortların tətbiqi və yayımı, hər bir region ücün uyğun sortların yaradılması, tətbiq xarakterli işlərin gedişatı, aparılan elmi-tədqiqat işlərinin son nəticəsinin fermerlərə yönəldilməsi, aprobasiyaların reallığı əks etdirməsi, uğurlu nəticəsi olan elmi tədqiqat işlərinin mükafatlandırılması, gübrələmə prosesinin düzgün aparılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və artırılması, nümayiş edilə biləcək növbəli əkin sahələrinin təşkili, yem bitkilərinin (əsasən yonca, xaşa) sahəsinin artırılması, torpaq analizlərinin həyata keçirilmə vəziyyəti, qrant layihələri üzrə aparılan işlər və s. bu kimi suallarla tədbir iştirakçılarına müraciət etdi. Müvafiq sahələr üzrə suallara  Əkinçilik ET İnstitutunun  direktoru b.ü.f.d., dosent Cavanşir Təlai, elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Hümmətov, istehsalat üzrə direktor müavini b.ü.f.d., dosent Atif Zamanov, Bitki fiziologiyasi və biotexnologiya şöbəsinin müdiri b.ü.e.d., dosent Tofiq Allahverdiyev, Torpaq və bitki analizləri laboratoriyasinın müdiri a.e.ü.f.d., dosent İmralı Hacıməmmədov, Dənin keyfiyyəti laboratoriyasinın müdiri a.e.ü.e.d., dosent Qətibə Həsənova, Otlaq və biçənəklər şöbəsinin müdiri Rasib Zeynalov, Bitki seleksiyası şöbəsinin aparıcı elmi işçisi a.e.u.f.d., dosent Qərib Novruzlu, Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının aparıcı elmi işçisi Etibar İbrahimov tərəfindən aydınlıq gətirildi. F.Kərimov tədbirin sonunda institutun növbəti illik hesabat yığıncağında iştirak edəcəyini diqqətə catdırdı. O, Əkinçilik ET İnstitutunun kollektivinə gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

 


Əkinçilik ET İnstitutunda aparılan elmi tədqiqat işlərinin məqsədinə dair tədbir keçirildi Əkinçilik ET İnstitutunda aparılan elmi tədqiqat işlərinin məqsədinə dair tədbir keçirildi Əkinçilik ET İnstitutunda aparılan elmi tədqiqat işlərinin məqsədinə dair tədbir keçirildi Əkinçilik ET İnstitutunda aparılan elmi tədqiqat işlərinin məqsədinə dair tədbir keçirildi