Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi

30.09.19 tarixində Əkinçilik ET İnstitutunda ömrünü elmə həsr etmiş əsl alim, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Abdullayeva Zahidə Məmmədrza qızının anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru Cavanşir Təlai yubilyarı təbrik edərək ona gül çələngi bağışladı və fəxri fərman təqdim etdi.

Sonra C.Təlai Z. Abdullayevanın elmi fəalıyyətinin ilk günlərindən bu günə kimi keçdiyi yoldan bəhs etdi. Onun bu illər ərzində əldə etdiyi uğuları və nailiyyətləri haqqında dolğun məlumatlar verdi. C.Təlai diqqətə catdırdı ki, Z. Abdullayeva 1973-cü ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun “Suvarma şöbəsi” ndə laborant, 1976-cı ildən isə kiçik elmi işçi vəzifəsində, sonrakı illərdə isə həmin şöbənin əsasında yaradılmış “Mexanizasiya və kənd təsərrüfatı bitkilərinin suvarılması şöbəsi” ndə çalışmışdır. 1984-1986-cı illərdə bu şöbənin qiyabi aspirantı olmuş və 1988-ci ildə “Abşeron şəraitində suvarma rejimi, suvarma üsulları və gübrə normalarının kövşənlikdə becərilən soyanın məhsuldarlığına təsiri” adlı dissertasiya işini Ukraynanın Xerson Kənd Təsərrüfatı İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasında müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 31 məqalə və tezisin, 2 plakatın, 4 tövsiyənin və 3 bukletin müəllifidir. Zahidə xanım kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının suvarma rejiminin səmərəliliyindən asılılığını nəzərə alaraq 1976-cı ildən başlayaraq bir çox elmi-tədqiqat işlərinin məsul icraçısı olmuş, qarğıdalının, vələmirin becərilməsi, bu bitkilərdən yüksək məhsul alınmasını təmin edən suvarma rejimləri haqqında tövsiyələr yazmışdır. “Abşeron şəraitində suvarma rejimi, suvarma üsulları və gübrə normalarının kövşənlikdə becərilən soyanın məhsuldarlığına təsiri” adlı mövzu üzrə tədqiqat aparmış, Abşeronun suvarma şəraitində kövşənlikdə becərilən soyadan dən və yaşıl kütlə alınması texnologiyasını işləmiş, müxtəlif suvarma üsulları və suvarma rejimlərini tətbiq etməklə soyadan yüksək keyfiyyətli zülal istehsalı probleminin həllində iştirak etmişdir. Abşeronun suvarma şəraitində uzun müddətli tədqiqatlarla düzgün, elmi cəhətdən əsaslandırılmış növbəli əkin sistemi tətbiq etməklə dənli, dənli-paxlalı və yem bitkilərindən yüksək məhsul alaraq torpaq münbitliyinin yaxşılaşdırılmasının mümkünlüyünü sübut etmişdir. Kəndli-fermerlərin sərəncamında olan torpaq sahələrindən səmərəli istifadə etmək məqsədi ilə qısa rotasiyalı növbəli əkin sxemlərini işləmiş və tövsiyələr vermişdir. Əkinçilik ET İnstitutunun direktoru C.Təlai kollektiv adından nəzərdə tutulan tədqiqatların daha yüksək səviyyədə yerinə yetirilməsi, elmi axtarışların genişləndirilməsi, Azərbaycan Respublikasının kənd təsərrüfatının və elminin inkişafı naminə yeni-yeni nailiyyətlər və alınan nəticələrin geniş tətbiq edilməsində yubilyara yeni-yeni müvəffəqiyyətlər, möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar arzuladı.

Yubilyara həmcinin kollektiv üzvləri də xoş arzularını bildirdilər və hədiyyə bağışladılar.

Sonra Abdullayeva Zahidə Məmmədrza qızının anadan olmasının 70 illik yubileyinə həsr olunmuş videoçarx izlənildi.

 


Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi