Əkinçilik ET İnstitutu TOXUM SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi

04.10.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Hacıqabul rayonunda TOXUM SƏRGİSİ 2019 yarmarkası keçirildi.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı. O, Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan bəhs etdi.

Sonra cıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. S.Mövlayev çıxışının sonunda sərginin toxum bazarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirdi və iştirakçılara uğurlar arzuladı.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev,  Aqrar Xidmətlər Agentliyinə TOXUM  SƏRGISI 2019 yarmarkası təşkil etdiklərinə görə minnətdarlığını bildirdi və sərginin əhəmiyyətindən bəhs etdi. O, diqqətə çatdırdı ki, sərginin keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunması kimi məsələlərdir.

Toxum sərgi yarmarkasında Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul  olan şirkətlər, fermerlər iştirak edirdilər. Əkincilik ET institutunu direktor Cavanşir Təlai, direktor müavinləri Atif Zamanov, Şikar Əhmədov, şöbə müdirləri Rasib Zeynalov, Pərvanə Məmmədova və b. təmsil edirdilər. Sərgiyə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları çıxarılmış, 50-dən artıq özəl şirkətlərin məhsulları nümayiş etdirilmişdir. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilmiş, informasiya materialları təqdim olunmuşdur. İştirakçılar arasında sərginin əhəmiyyəti barədə sorğu keçirildi. Müəyyən olundu ki, iştirakçılar sərginin təşkil olunmasını yüksək qiymətləndirirlər.


Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi Əkinçilik ET İnstitutu TOXUM  SƏRGİSİ 2019 yarmarkasında iştirak etdi