Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Beynəlxalq Elmi Konfransda iştirak etmişdir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri b.e.d., dos. Tofiq Allahverdiyev 01.10.2019-05.10.2019-cu il tarixlərində Respublikasının Tbilisi şəhərində Gürcüstan Kənd Təsərrüfatı Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilmiş "Avropa ölkələrində buğda və Gürcüstan buğdanın mənşəyi kimi" Beynəlxalq Elmi Konfransda iştirak etmişdir. Konfransda İtaliya, Fransa, İspaniya, Ukrayna və Azərbaycandan beynəlxalq nümayəndə heyəti və yerli tədqiqatçıların müxtəlif mövzularda: Cənubi Qafqaz yumşaq buğdanın mənşəyi kimi, buğdanın seleksiyasında müasir tədqiqatlar, buğdanın genetik müxtəlifliyi, ərzaq, yem, tibbi əhəmiyyətinə dair mühazirələr dinlənilmişdir. T.İ.Allahverdiyev "Quraqlıq stresi şəraitində buğdanın fizioloji əlamətləri, dən məhsuldarlığı və məhsul komponentləri" adlı təqdimatla çıxış etmişdir.

 


Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Beynəlxalq Elmi Konfransda iştirak etmişdir Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Beynəlxalq Elmi Konfransda iştirak etmişdir