Ağcabədi və Beyləqan DAİM-də taxılçılıqla məşgul olan fermerlərə təlim keçirildi

Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyində keçirilmiş müşavirədə mühüm məsələlərin icrası ilə əlaqədar Əkinçilik ET İnstitutunun təlimlərlə bağlı qrafikinə əsasən 4-5 noyabr 2019 tarixlərində "İlkin toxumçuluq və toxumun keyfiyyəti" laboratoriyasının müdiri Arif Əliyev Ağcabədi və Beyləqan rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində taxılçılıqla məşgul olan fermerlərə “Payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlim keçirdi. Təlimdə səpin müddəti, səpin norması, səpinin keyfiyyəti, aqrotexniki qulluğun aparılması, müasir texnologiyanın əkinçilikdə tətbiqi və s. haqqında məsələlərə aydınlıq gətirildi.Təlimlərdə ümumilikdə 62 nəfər taxılçılıqla məşgul olan fermer iştirak edirdi. Təlim mövzusuna uyğun olaraq fermerlər tərəfindən verilən suallar ətraflı olaraq cavablandırıldı, müzakirələr aparıldı.


Ağcabədi və Beyləqan DAİM-də taxılçılıqla məşgul olan fermerlərə təlim keçirildi Ağcabədi və Beyləqan DAİM-də taxılçılıqla məşgul olan fermerlərə təlim keçirildi Ağcabədi və Beyləqan DAİM-də taxılçılıqla məşgul olan fermerlərə təlim keçirildi Ağcabədi və Beyləqan DAİM-də taxılçılıqla məşgul olan fermerlərə təlim keçirildi