Beynəlxalq ekspertin iştiraki ilə Əkinçilik ET İnstitutunda “İqlim dəyişmələri və müasir bitki seleksiyasi metodlari”na həsr edilmiş təlim keçirildi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə birgə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində dəvət olunan beynəlxalq ekspert Arne Hede 5 noyabr 2019-cu il  tarixində Əkinçilik ET İnstitutunda oldu və institutun rəhbərliyi və mütəxəssislərilə görüşdü. O, Azərbaycanda aparılan seleksiya işləri ilə yerində tanış olmaq məqsədilə Əkinçilik ET İnstitutun Qobustan, Tərtər və Şəkidəki təcrübə təsərrüfatlarında, Azərbaycan Dövlət Aqrar Universitetində, Bitki Mühafizəsi və Texniki Bitkilər və AMEA-nın Genetik Ehtiyatlar İnstitutlarında olduğunu bildirdi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai və seleksiyaçı alim və mütəxəssislər tərəfindən institutun mandatına daxil olan bitkilər, tədqiqat prioritetləri və aparılan elmi-tədqiqat işləri ilə bağlı Arne Hedeyə ətraflı məlumat verildi. Beynəlxalq ekspert cari ilin 6-8 noyabr tarixlərində keçiriləcək təlimin qlobal iqlim dəyişmələri fonunda seleksiya işlərinin istiqamətlərinə, molekulyar texnologiyaların bitki seleksiyasına inteqrasiyasına həsr ediləcəyini və təlim iştirakçılarının bu sahədə bilgilər əldə edəcəyini bildirdi. Təlimdə Əkinçilik ET İnstitutu ilə yanaşı AKİA, Bitki Mühafizəsi və Texniki Bitkilər ET institutunun, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak  edirdilər. Təlimin birinci günü institutun direktoru Cavanşir Təlai beynəlxalq eksperti və layihənin əlaqələndiricisi Nəzakət İsmayılzadəni kollektiv adından salamladı və “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin institutun maddi-texniki bazasının gücləndirilməsində, keçiriləcək təlimin elmi tədqiqatların müasir tələblər səviyyəsində aparılmasında böyük rolu olacağını qeyd etdi. Layihənin bitki sağlamlığı üzrə mütəxəssisi Nəzakət İsmayılzadə layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Üç gün ərzində keçirilmiş təlimdə “İqlim dəyişmələri və müasir bitki seleksiyası metodları” mövzusunda təqdimatla cıxış edən Arne Hede konservasiyalı əkinçilik və seleksiyada ona müvafiq bitki sortlarının yaradılması, ənənəvi seleksiya ilə yanaşı biotexnologiyanın seleksiya işlərinə inteqrasiyası, hüceyrə və toxuma kulturası, molekulyar diaqnostika, geni dəyişdirilmiş orqanizmlərə dair müasir metodlara və cihazlar, bu sahədə aparılan elmi-tədqiqat işləri haqqında təlim iştirakçılarına bilgilər verdi və beynəlxalq təcrübəni bölüşdü. O, həmçinin dünya əhalisinin artımı, adambaşına düşən əkin sahəsi, məhsuldarlığın artırılmasının zəruriliyi, «Yaşıl inqilabın atası» hesab olunan Nobel Sülh mükafatçısı Norman Borlauq, bitki seleksiyasının qlobal iqlim dəyişikliyinin təsirinin yumşaldılması istiqamətlərində aparılması, Azərbaycan Respublikasında iqlim dəyişikliyi və XXI əsr üçün proqnozu, kənd təsərrüfatı və bu dəyişikliyə geniş adaptasiya yolları, Afrika qitəsində kənd təsərrüfatına iqlim dəyişikliyinin təsiri və s. məsələlər üzrə geniş məlumatlar verdi.

Təlim müddətində mövzular ətrafında geniş müzakirələr aparıldı. İştirakçıların sualları cavablandırıldı.  Tədbirin sonuncu günü təlim iştirakçılarına sertifikatlar təqdim edildi. Sertifikatları AKİA-nın sədr müavini Əmir Əmirli, “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin rəhbəri Anar Əzimov və Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai təqdim etdilər.


Beynəlxalq ekspertin iştiraki ilə Əkinçilik ET İnstitutunda “İqlim dəyişmələri və müasir bitki seleksiyasi metodlari”na  həsr edilmiş təlim keçirildi Beynəlxalq ekspertin iştiraki ilə Əkinçilik ET İnstitutunda “İqlim dəyişmələri və müasir bitki seleksiyasi metodlari”na  həsr edilmiş təlim keçirildi Beynəlxalq ekspertin iştiraki ilə Əkinçilik ET İnstitutunda “İqlim dəyişmələri və müasir bitki seleksiyasi metodlari”na  həsr edilmiş təlim keçirildi Beynəlxalq ekspertin iştiraki ilə Əkinçilik ET İnstitutunda “İqlim dəyişmələri və müasir bitki seleksiyasi metodlari”na  həsr edilmiş təlim keçirildi Beynəlxalq ekspertin iştiraki ilə Əkinçilik ET İnstitutunda “İqlim dəyişmələri və müasir bitki seleksiyasi metodlari”na  həsr edilmiş təlim keçirildi