İnstitutunun əməkdaşı elmi-praktik seminarda iştirak edib

Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq ET İnstitutunda “Quşçuluqda innovativ yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda müxtəlif bölgələrdə fəaliyyət göstərən kiçik və iri quşçuluq təsərrüfatlarının nümayəndələri, fermerlər, Azərbaycan Dövləq Aqrar Universitetinin tələbləri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər. Seminarı giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, əhalinin ət və ət məhsullarına olan təlabatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, müasir dünya təcrübəsinə əsaslanaraq qapalı və yarımqapalı quşçuluğun heyvandarlığın yeni bir sahəsi kimi inkişaf etdirilməsi günün tələbidir. Hazırda respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə quşların baş sayı 30 milyon 473 mini, yumurta istehsalı isə 1 milyard 676 milyon ədədi ötüb. Əhalinin quş əti ilə özünü təminetmə səviyyəsi xeyli yüksəlib. Bildirilib ki, quşçuluğun bundan sonra davamlı inkişafı məqsədilə elmi seleksiya işlərinin aparılması vacib istiqamətlərdəndir. Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli quşçuluq sahəsində texnoloji innovasiyaların, rasion üzrə düzgün yemləndirmə və marketinq strategiyalarının tətbiqi barədə danışıb.

Seminarda Əkinçilik ET İnstitutu “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyası” nın müdiri Sevil Abbasquliyeva  “Quşçuluqda innovativ yanaşmanın məhsuldarlığa təsiri” mövzusunda çıxış edib. O, qüvvəli yemlərə olan tələbatın idxaldan asılılığını vurğulayaraq, digər aktual məsələlərə və problemlərə toxunub. Sonra elmi-praktik seminar iştirakçıları institutun yem və süd analizi laboratoriyalarında müasir avadanlıqların iş prinsipi ilə tanış olublar.   

 

 


İnstitutunun  əməkdaşı elmi-praktik seminarda iştirak edib İnstitutunun  əməkdaşı elmi-praktik seminarda iştirak edib İnstitutunun  əməkdaşı elmi-praktik seminarda iştirak edib İnstitutunun  əməkdaşı elmi-praktik seminarda iştirak edib İnstitutunun  əməkdaşı elmi-praktik seminarda iştirak edib