Əkinçilik ET İnstitutu əməkdaşının hazırladığı kitabın təqdimatı keçirilmişdir

28 dekabr 2019-cu il tarixdə Əkinçilik ET İnstitutunda “İntellekt” elmi-texniki inkişafa dəstək İctimai Birliyinin sədri, institutun bitki və torpaq analizləri laboratoriyasının baş elmi işçisi, aqrar elmlər üzrə elmlər doktoru Yasin Kərimovun (Yasin Azərtürkün) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırladığı “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının Ermənistan Respublikasının dövlət orqanlarının rəsmi sənədləri ilə dəyişdirilməsi” adlı kitabının elektron variantının təqdimatı keçirilmişdir.

Əvvəlcə İnstitutun direktoru Cavanşir Təlai giriş sözü ilə çıxış etmiş və sonra sözü kitabın müəllifi Yasin Kərimova vermişdir.

Y. Kərimov öz çıxışında bildirmişdir ki, o, bu kitabı hazırlamaq üçün RF-nin Moskva şəhərində yerləşən Rusiya Dövlət Arxivinə  getmiş, orada   saxlanılan  və 1946-1968-ci illəri əhatə edən və Azərbaycanın tarixi ərazilərində - indiki Ermənistan Respublikasında yerləşən yaşayış məntəqələri adlarının dəyişdirilməsi ilə bağlı Ermənistan SSR Ali Sovetinin fərmanlarının orjinallarını  taparaq  skayne   etdirmişdir. Həmin fərmanlarda və onlara əlavə edilmiş arayışlarda çoxlu sayda Azərbaycan mənşəli yaşayış məntəqələti adlarının dəyişdirilərək  erməniləşdirilməsi açıq-aydın əks olunmuşdur. Ümumiyyətlə isə hazırki Ermənistanda 900-ə yaxın Azərbaycan mənşəli toponimlər  rəsmi şəkildə “erməniləşdirilmişdir” və bu gün də orada həmin proses davam edir. Müəllif öz çıxışının sonunda bildirmişdir ki, bu kitabın nəşr olunaraq beynəlxalq ictimaiyyət arasında təbliğ olunması bizim haqq işimizə əsaslı dəstək verə bilər.

Y.Kərimov bu kitabla bağlı institut əməkdaşlarının suallarına ətraflı cavab vermişdir. Yekun sözü ilə çıxış edən institutun direktoru Cavanşir Təlai kitabın əhəmiyyətindən danışmış və müəllifə uğurlar arzu etmişdir.


Əkinçilik ET İnstitutu əməkdaşının hazırladığı kitabın təqdimatı keçirilmişdir Əkinçilik ET İnstitutu əməkdaşının hazırladığı kitabın təqdimatı keçirilmişdir Əkinçilik ET İnstitutu əməkdaşının hazırladığı kitabın təqdimatı keçirilmişdir