Əkinçilik Elmi Tədqiqat İnstitutunda 2015-2016-ci ilə dair ərazi üzrə Yeni Azərbaycan Partiyasının hesabat seçki yığıncağı keçirildi

01.03.2017 tarixində Əkinçilik ET İnstitutunda Yeni Azərbaycan Partiyasının hesabat seçki yığıncağı keçirildi. Seçki yığıncağında Abşeron rayon YAP-ın sədri Vilman Vəliyev, YAP aparatının rəhbəri Abbas Əliyev iştirak edirdilər. Səs vermədən sonra hesabat seçki yığıncağının işi açıq elan edildi.
Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai giriş sözü ilə çıxış edərək, 1988-1990-cı illərdəki mövcud durumdan, YAP-ın yaranma tarixindən, məqsəd və məramından ətraflı məlumat verdi. YAP-ın apardığı böyük qururculuq işlərindən, Azərbaycanda müstəqilliyin qorunmasında göz önündə olan rolundan bəhs etdi.
Əkinçilik ET İnstitutu YAP-ın sədri Sevindik Dünyamalıyev 2015-2016-cı il hesabat dövündə görülmüş işlərdən ətraflı şəkildə məlumat verdi. O, bildirdi ki, hesabat dövründə YAP təşkilatında 17 büro iclası keçirilmiş, 18-dən çox məsələ müzakirə edilmiş, YAP sıralarına qəbulla əlaqədar rəhbərlik və yuxarı orqanlar qarşısında məsələ qaldırılmışdır. İnstitut və bölgə təcrübə stansiyası əməkdaşalarını maraqlandıran məsələlərə diqqət yetirilmişdir.
Ölkəmiz üçün əhəmiyyyət kəsb edən əsas dənli bitkilərin, o cümlədən texniki bitkilərin seleksiyası, toxumçuluğu və becərmə texnologiyası haqqında dövlət proqramının hazırlanması və yol xəritəsinin icrası istiqamətində əsaslı hazırlıq işləri görülmüş və müzakirələr aparılmışdır.
Sonra səsvermə yolu ilə YAP-ın yeni heyəti seçildi. İnstitutun elmi əməkdaşlarından Rüfət Mirzəyev, Bəhlul Abbasov Sevindik Dünyamalıyevin hesabat cıxışına və görülmüş işlərə öz münasibətlərini bildirdilər. YAP-ın keçdiyi çətin və ağır yoldan, quruculuq işlərindən bəhs etdilər. Onlar Əkinçilik ET İnstitutunda ilk dəfə YAP-ın yaranma dövründən və hadisələrdən bəhs etdilər. Hesabat səsvermə yolu ilə qəbul edildi. Daha sonra Zamanova Rəhminə Ulu Öndərə həsr etdiyi məzmunlu şeiri ilə yadda qaldı. Ərazi üzrə YAP üzvləri səsvermə ylou ilə seçildi. Abşeron YAP konfransına 2 nəfər təyin edildi. Abşeron rayon YAP-ın sədri V.Vəliyev yeni seçilmiş heyəti təbrik etdi. Sonra ətraflı olaraq YAP-in kecmiçindən, bu günündən bəhs etdi. Bildirdi ki, YAP-ın yarandığı ilk dövrlərədə məruz qaldlqları hərc-mərclik, çətinliklər və özbaşınalıqlar hökm sürürdü. 90-cı illərin ziyalıları Heydər Əliyevi Yeni Azərbaycan Partiyasına rəhbərlik etmək üçün xalqın xahişi ilə dəvət etməsəydilər durum getdikcə daha da acınacıqlı olacaqdı.15 iyul 1993-cü il Qurtuluş günü kimi tarixə düşdü. Azərbaycanda tədricən sakitlik və sabitlik yaranmağa başladı. Qanunsuz silahlı dəstələr ləğv edildi. Heydər Əliyev YAP-ın Nizamnamə və Proqramını hazırladı.
Daha sonra Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai yekun nitqi söylədi. O, bildirdi ki, hər cür imkan və şəraitimiz mövcuddur. Quruculuq işlərində Əkinçilik ET İnstitutunun kollektivi də ölkəmizə öz töhvələrini vermiş və verəcəkələr. Belə ki, institutun 45-ə qədər sortu potentləşmis, Respublikanın əkin sahələrində becərilməklə 40-45%-i təşkil edir.
Hesabat seçki yığıncağının sonunda Cavanşir Təlai iştirakçılara təşəkkürünu bildirərək, qürurla söylədi: Azərbaycanın gələcəyi etibarlı əllərdədir!


Əkinçilik Elmi Tədqiqat İnstitutunda 2015-2016-ci ilə dair ərazi üzrə Yeni Azərbaycan Partiyasının hesabat seçki yığıncağı keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunda 2015-2016-ci ilə dair ərazi üzrə Yeni Azərbaycan Partiyasının hesabat seçki yığıncağı keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunda 2015-2016-ci ilə dair ərazi üzrə Yeni Azərbaycan Partiyasının hesabat seçki yığıncağı keçirildi