8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi

07.03.17 tarixində Əkinçilik ET İnstitutunda 8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Cavanşir Təlai 8 Mart beynəlxalq qadınlar gününün tarixi, qadın hüquq və azadlıqlarındakı rolu, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolu haqqında ətraflı və dolğun məlumat verdi. O, institutda çalışan əməkdaşların əksəriyyətinin qadınlar olduğunu bildirərək onları 8 mart Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzuladı. Çıxış edən digər əməkdaşlar qadınlara öz ürək sözlərini və təbriklərini çatdırdılar.
Sonra tədbir Əkinçilik ET İnstitutu qadınlarının şərəfinə açılmış bayram süfrəsi və bədii hissə ilə davam etdi. Tədbirdə çıxış edən qadınlar bayram şənliyinin təşkili üçün göstərdiyi diqqət və qayğıya görə institutun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.


8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi 8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi 8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi 8 mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi