Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi

17 mart 2017-cı il tarixində Əkinçilik ET İnstitutunda Azərbaycan xalqının milli bayramı olan "Novruz" tədbiri keçirildi. İnstitutun əməkdaşları bayram əhval-ruhiyyəsi ilə instututun həyətində "Novruz" tonqalı qalayıb ətrafında toplaşdılar. Bayram şənliyi milli adət ənənələrimizə uygun şəkildə bəzədilmiş yeməkxanada novruz süfrəsi ətrafında davam etdi. Kollektivin böyük həvəslə hazırladığı bayram tədbiri yüksək əhval-ruhiyyə yaratdı. İnstitutun direktoru Cavanşir Təlai əməkdaşları bayram münasibəti ilə təbrik edib, onlara gələcək işlərində yeni-yeni nailiyyətlər və can sağlığı arzuladı. İnstitut əməkdaşları bayram təbriklərini xoş arzu və istəklərini bildirdilər. Tədbir kollektiv üzvlərinin və istedadlı gənclərin hazırladıqları əyləncəli proqram ilə davam etdi.


Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi Əkinçilik ET İnstitutunda “Novruz” tədbiri keçirildi