Əkinçilik ET İnstitutunun əməkdaşları təlim kursunda iştirak etdilər

27-31.03.17 tarixlərində Əkinçilik ET İnstitutunun "Bitki seleksiyası" şöbəsinin elmi işçiləri Həlimə Məmmədova və Zöhrab Qəribov Türkiyənin Ankara şəhərində FAO xətti ilə "Geni dəyişdirilmiş (GD) məhsulların risk analizi, idarə olunması və yoxlanılması" mövzusu üzrə subregional təlim kursunda iştirak etdilər. Təlimdə Türkiyə Cümhuriyyəti ilə yanaşı Azərbaycan, Qazaxstan, Qırğızıstan və Tacikistanı təmsil edən nümayəndələr iştirak edirdi. Tədbiri Mərkəzi Asiya dövlətləri üzrə subregional koordinator və FAO-nun Türkiyədəki təmsilçisi xanım Yuriko Şodji açdı, iştirakçıları salamladıqdan sonra onların təmsil etdikləri ölkələrdə GD məhsulların risk dəyərləndirilməsinə ehtiyacın vacibliyini qeyd etdi. Təlimin aparıcıları Serbiyadan Aleksey Tarasyev, Macarıstandan Nevena Aleksandrova-Stefanova və İngiltərədən FAO-nun məsləhətçisi Jeremi Svit risk analizlərinin qiymətləndirilməsi və riskin dəyərləndirilməsi mövzusunda mühazirələrlə çıxış etdilər. Mühazirələrlə yanaşı seminar məşğələləri keçirilmiş və institutumuzun əməkdaşları bu məşğələlərdə fəal iştirak etmişdir. Təlim kursu çərçivəsində iştirakçılar Türkiyə Cümhuriyyətinin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin «Milli biotəhlükəsizliyin öyrənilməsi, qida məhsullarının təhlükəsizliyi və Beynəlxalq Qida Referans» laboratoriyaları ilə tanış olmuşlar. Tədbirdə Həlimə Məmmədova "Qida və geni dəyişdirilmiş məsulların biotəhlükəsizliyinin Azərbaycanda mövcud vəziyyəti"nə həsr olunmuş təqdimatla çıxış etdi. Təqdimat, habelə əməkdaşlarımızın seminar məşğələlərində fəallığı iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Təlim kursunun yekununda iştirakçılara sertifikatlar təqdim edildi.


Əkinçilik ET İnstitutunun əməkdaşları təlim kursunda iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları təlim kursunda iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları təlim kursunda iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları təlim kursunda iştirak etdilər