Əkinçilik ET İnstitutunun əməkdaşı Birinci Layihə Təlim seminarında iştirak etmişdir

5.04.2017 tarixində Əkinçilik ET Institututun istehsalat üzrə direktor müavini Atif Zamanov Bakı şəhəri Holiday İnn Hotelində "Torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanmasına dəstək və torpaqların konsolidasiyası üzrə pilot layihə" birinci təlim seminarında iştirak etmişdir. Seminarı giriş sözü ilə Kənd Təsərrüfat Nazirliyi Aparatının rəhbəri İlham Bayramov açaraq iştirakçıları salamladıqdan sonra mövcud vəziyyət haqqında məlumat verdi. Seminarda KTN-nin nümayəndələri ilə yanaşı Dövlət Əmlak Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də iştirak etmişlər. Seminarda torpaqların konsolidasiyası üzrə beynəlxalq məsləhətçilər çıxış edərək, mövcud vəziyyəti qiymətləndirmiş, müxtəlif ölkələrin təcrübələrindən qeydlər etmiş və iştirakçıların yekun suallarını cavablandırmışlar. Sonda yekun müzakirələr aparılmışdır.


Əkinçilik ET İnstitutunun əməkdaşı Birinci Layihə Təlim seminarında iştirak etmişdir