Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

10.04.2017 tarixində Əkinçilik ET İnstitutunda ənənəvi tədbirlər sırasına daxil olan növbəti elmi seminar keçirildi. İnstitutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov seminar iştirakcılarını salamladıqdan sonra, elmi seminarların davamlı olaraq keçirilməsinin gənc mütəxəssislərin bilik və təcrübələrinin artmasına xidmət etməsindən, əhəmiyyətindən bəhs etdi. Sonra o, cıxış üçün sözü "Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi" laboratoriyasının müdiri Sevil Abbasquliyevaya verdi. O, "Yem bitkilərinin əsas spesifik xüsusiyyətləri və keyfiyyət göstəriciləri" mövzusunda geniş şəkildə məlumat verərək təqdimatla cıxış etdi. Yem bitkiləri sırasına daxil olan yonca, soya, qarğıdalı, sorqo, raps, amarant, yem çuğunduru və dən yemlərinin xüsusiyyətləri, kimyəvi tərkibi haqqında iştirakçıları məlumatlandırdı. Cıxışla əlaqədar olaraq, seminar iştirakcıları yem bitkilərinə aid suallarla S.Abbasquliyevaya müraciət etdilər. Suallar və cavablar ətrafında maraqlı müzakirələr aparıldı. Seminar işini müvəffəqiyyətlə başa vurdu.


Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi