İnstitutun direktoru Şəkidə keçirilən elmi-praktiki seminarda iştirak etdi

Cari ilin 07 aprel tarixində Şəkidə KTN-nin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik ET İnstitutu və Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə iştirakı ilə "Quraqlığa davamlı yeni taxıl sortlarının nümayişi və toxumçuluğunun təşkili"nə həsr edilmiş elmi-praktiki seminar keçirildi. Seminarda ətraf rayonları (Oğuz, Zaqatala, Qax, Baləkən, Qəbələ) təmsil edən 80 nəfər fermer və eləcə də Şəki rayon kənd təsərrüfatı, bitki mühafizəsi idarələrinin, toxumçuluq müfəttişliyinin nümayəndələri də iştirak edirdilər. Seminarı giriş sözü ilə açan Şəki RİH-nin başçısının müavini cənab Firon Əliyev çıxışında bu səpkidə keçirilən seminarların vaxtaşırı rayonlarda keçirilməsinin əhəmiyyətindən, rayonda aqrar sektorun müxtəlif sahələrindən, o cümlədən taxılçılıqda görülən işlər və mövcud problemlər, bu sahəyə dövlət dəstəyindən danışdı. AEİMM-nin baş direktoru, cənab Rəsul Balayev öz çıxışında fermerlərin maarifləndirilməsi baxımından yerlərdə elmi-praktiki seminarların keçirilməsinin əhəmiyyətinə, qlobal iqlim dəyişmələri fonunda quraqlığa davamlı taxıl sortların yaradılmasının və tətbiqinin zəruriliyinə, ölkənin mövcud su resurslarına və digər məsələlərə ətraflı toxundu. Seminarda təqdimatla çıxış edən Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai əsasən dünyada və Azərbaycanda bitkiçilik sahəsinin əkin strukturu, ümumi taxıl və buğda istehsalı, institutun tədqiqat istiqamətləri, rayonlaşmış və bölgələrdə əkilən taxıl sortları və onların üstünlükləri, toxumçuluq fəaliyyəti, məhsuldarlığı və onun keyfiyyətinə təsir edən amillər, resursmühafizəedici texnologiyalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirin sonunda Şəki RAEİMM tərəfindən müqayisəli şəkildə Əkinçilik İnstitutuna və digər ölkələrə məxsus müxtəlif buğda sortları (Ağalı, Qızıl buğda, Marxal və s.) ilə qoyulmuş nümayiş əkinlərinə baxış keçirildi və fermerlərin sualları cavablandırıldı.


 İnstitutun direktoru Şəkidə keçirilən elmi-praktiki seminarda iştirak etdi  İnstitutun direktoru Şəkidə keçirilən elmi-praktiki seminarda iştirak etdi  İnstitutun direktoru Şəkidə keçirilən elmi-praktiki seminarda iştirak etdi  İnstitutun direktoru Şəkidə keçirilən elmi-praktiki seminarda iştirak etdi