İnstitutun əməkdaşı buğdada pas xəstəliklərinə həsr edilmiş beynəlxalq təlim kursunda iştirak etdi

Cari ilin 17-23 aprel tarixlərində institumuzun “Bitki seleksiyası” şöbəsinin kiçik elmi işçisi Humay Cümşüdova Türkiyə Respublikasının İzmir şəhərində FAO və İCARDA xətti ilə Regional Taxıl Pası Tədqiqat Mərkəzində “Mərkəzi Asiya və Yaxın Şərqdə buğda pasına nəzarət, irqi analiz və buğda pası xəstəlikləri ilə mübarizə tədbirləri” üzrə təlim kursunda iştirak etmişdir. Təlimdə Azərbaycanla yanaşı Tacikistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, İran, Livan və Türkiyə dövlətlərindən olan nümayəndələr də iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Ege Kənd Təsərrüfatı Araşdırmalar İnstitutunun direktoru Ali Peksuslu və FAO-nun Türkiyə təmsilçisi xanım Yuriko Şodji tədbir iştirakçılarını salamlayaraq, onların təmsil etdikləri ölkələrdə pas xəstəliklərinin vurduğu ziyan və onların qarşısının alınmasının vacibliyini qeyd etmişdir. Tədbirin aparıcıları FAO-nun təmsilçisi Fazil Düşünceli və İCARDA-nın Türkiyə təmsilçisi Mesut Keser bu xəstəliklərin qiymətləndirilməsi mövzusunda müxtəlif mühazirələrlə çıxış etdilər. Həmçinin İCARDA-nın təmsilçisi Kumarse Nazari, FAO-nun Türkiyə təmsilçisi Hafiz Mumincanov,CİMMYT-in təmsilçisi Dave Hodsonöz çıxışlarında bu xəstliyin taxıl əkinlərinə vurduğu ziyan haqqında ətraflı məlumat verdilər. Sonra ölkələrin təqdimatları keçirildi. Əməkdaşımız Humay Cümşüdova təqdimatla çıxış edərək ölkəmizdə yayılmış pas xəstəliklərinin mövcud vəziyyəti, vurduğu ziyan və qarşısının alınması yolları haqqında ətraflıməlumat verdi. Mühazirələr əsasında həmçinin laboratoriya və tarla məşğələləridə keçirilmişdir ki, bu praktik işlərdə institutumuzun əməkdaşı aktiv iştirak etmişdir.Təlim kursunda laboratoriya şəraitində buğda bitkiləri sarı pas xəstəliyi ilə sirayətləndirilmiş və xəstə bitkilər üzərində beynəlxalq şkalalara uyğun olaraq qiymətləndirilmə işləri aparılmışdır. İstixana və tarlalara gedilmiş, müşahidə aparılaraq xəstəliyin inikişafı təyin edilmişdir.İştirakçımızın təqdimatı, praktik məşğələlərdəki iştirakı yüksək qiymətləndirilmişdir. Seminarın sonunda institutun əməkdaşı Humay Cümşüdovaya təlim keçməsi barədə sertifikat təqdim edilmişdir.

 


İnstitutun əməkdaşı buğdada pas xəstəliklərinə həsr edilmiş beynəlxalq təlim kursunda iştirak etdi