İnstitutun əməkdaşı Mərakeşdə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi

Əkinçilik ET İnstitutunun “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. dosent Məmmədova Sevinc Mehti qızı 17-27 Aprel 2017-ci il tarixində Quraq Ərazilərdə K/T Tədqiqatları Beynəlxalq Mərkəzinin (İKARDA) təşkilatçılığı ilə Mərakeşin paytaxtı Rabat şəhərində Mərkəzi və Qərbi Asiya, Şimali Afrika ölkələrinin nümayəndələri (Azərbaycan, Əlcəzair, Misir, Efiopiya, İran, Hindistan, Mərakeş, Sudan və Tunisdən 15 nəfər) ilə birgə “İlkin seleksiya fəaliyyətləri vasitəsilə GE mühafizə və istifadəsi arasında davamlılığın möhkəmləndirilməsi” üzrə ixtisaslaşdırılmış beynəlxalq təlim kursunda iştirak etmişdir. Burada aqrobiomüxtəlifliyin əhəmiyyəti, buğda, arpa, noxud genetik ehtiyatları və takson qrupları konsepti, GE mühafizəsi üzrə ən yaxşı təcrübə, seleksiyaçılar üçün GE haqda əlamət məlumatlarının toplanması (FİGS), növlərarası çarpazlaşdırmada maneələr, növlərarası çarpazlaşdırma üçün sitogenetik yanaşmalar, rüşeymin ayrılması metodu, buğda, paxlalı bitkilər, arpanın ilkin seleksiyası, ilkin seleksiyanın müvəffəqiyyəti üçün istixana və sahə işlərinin aparılması və s. üzrə təlim keçirilmişdir. Həmçinin GE-nin mühafizəsindən istifadəsinə yönəlmiş ilkin seleksiya mərhələlərindən, qeyri-adaptiv (ekzotik), həmçinin adaptasiya olunmuş materiallarda arzuedilən əlamət və ya genlərin identifikasiyası və yaxşılaşdırma istiqamətində hər hansı bir seleksiya növü üzrə bütün fəaliyyətlərdən bəhs edilmiş, abiotik streslər, keyfiyyət üçün seleksiya meyarlarının tədqiqi, virulentlik üzrə tədqiqatlar və davamlılıq mənbələri üçün seçmə, irsiyyət, genetik ehtiyat və hüceyrə plazmasının zənginləşdirilməsi və istifadəçilərin tələbinə uyğun sosial iqtisadi araşdırılımalar haqda ətraflı məlumat verilmişdir.S.M.Məmmədova təlimin gedişində “Azərbaycanın Genetik Ehtiyatları” mövzusunda ölkə və ilkin seleksiya üzrə təcrübə təqdimatları etmişdir, kursu müvəffəqiyyətlə bitirmiş və yekunda beynəlxalq sertifikata layiq görülmüşdür.


İnstitutun əməkdaşı Mərakeşdə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi İnstitutun əməkdaşı Mərakeşdə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi