Əkinçilik ET institutunda seminar kecirildi

12.05.2017 tarixində Əkinçilik ET institutunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti xətti ilə aprobasiyaya həsr edilmiş “Dənli-taxıl, dənli-paxlalı bitkilərin aprobasiyası” mövzusunda ənənəvi seminar kecirildi. Seminarda Respublikanın bütün reqionlarından olan aprobatorlar iştirak edirdilər. Əkinçilik ET Institutunun direktoru Cavanşir Təlai seminar iştirakcılarını salamladıqdan sonra bu məzmunlu seminarların kecirilməsinin əhəmiyyətindən, toxumculuğun düzgün təşkilindən, taxılın dövlət ərzaq təhlükəsizliyindəki rolundan, elit toxumlara olan tələbatdan bəhs etdi. Həmcinin bildirdi ki, düzgün aparılan aprobasiya gözlənilən toxum alınmasına zəmin yaradır. O, ərtafli cıxış etdikdən sonra sözü Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti rəisinin “Toxumçuluq” üzrə müavini Q. Novruzluya verdi. Q. Novruzlu “Dənli-taxıl, dənli-paxlalı bitkilərin aprobasiyası” mövzusunda geniş və ətraflı cıxış etdikdən sonra seminar iştirakcılarını və aprobatorları maraqlandıran sualları da cavablandırdı. Aprobasiyaya həsr edilmiş seminar müvəffəqiyyətlə başa çatdı.


Əkinçilik ET institutunda seminar kecirildi Əkinçilik ET institutunda seminar kecirildi Əkinçilik ET institutunda seminar kecirildi Əkinçilik ET institutunda seminar kecirildi