İnstitutunun əməkdaşı Ağstafa və Göygöl rayonlarında keçirilən müşavirədə iştirak etdi

2017-ci ilin iyun ayının 20-də Ağstafa rayonunda, 21-də isə Göygöl rayonunda müşavirə keçirildi. İnstitutunun əməkdaşı “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının” müdiri Sevil Güləş qızı Abbasquliyeva müşavirədə iştirak etdi.
Müşavirədə heyvandarlıq sahəsində damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı məsələlər müzakirə olundu.
Müşavirədə Tovuz, Şəmkir, Ağstafa, Qazax, Gədəbəy, Samux, Gəncə, Göygöl, Kəlbəcər, Daşkəsən rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və heyvandarlıq mütəxəssisləri, heyvan mənşəli məhsullar üzrə emal müəssislərinin əməkdaşları da iştirak edirdilər.
Zona müşavirəsində Sevil Abbasquliyeva “Yem istehsalında yeni texnologiyaların tətbiqi” mövzusu ilə çıxış etdi. Yem istehsalında yeni texnologiyaların tətbiqi, düzgün və tam balanslı yemləmənin təşkili, yem payı, yem normalarının tərtibi və s. məsələrə toxunaraq bu məsələlərin aktual olduğunu vurğulayıb. Çıxış ətrafında müəyyən disskusiyalar və suallar oldu.


İnstitutunun əməkdaşı  Ağstafa və Göygöl rayonlarında keçirilən müşavirədə iştirak etdi İnstitutunun əməkdaşı  Ağstafa və Göygöl rayonlarında keçirilən müşavirədə iştirak etdi İnstitutunun əməkdaşı  Ağstafa və Göygöl rayonlarında keçirilən müşavirədə iştirak etdi İnstitutunun əməkdaşı  Ağstafa və Göygöl rayonlarında keçirilən müşavirədə iştirak etdi