Qobustan BTS-də yeni taxıl sortlarının nümayişinə həsr olunmuş tarla günü keçirildi

Cari ilin 29 iyun tarixində İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında Əkinçilik ET İnstitutu ilə Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə yeni taxıl sortlarının nümayişinə həsr edilmiş tarla günü keçirildi. Təlimin məqsədi fermerlərlə dəmyə şəraiti üçün yaradılmış yeni taxıl sortlarının bioloji xüsusiyyətliyinin üstünlükləri və becərmə texnologiyalarına dair bilgilərin verilməsi üçün təlimin keçirilməsi olmuşdur. Tədbiri giriş sözü ilə açan FAO-nun Azərbaycandakı ofisinin əməkdaşlıq üzrə rəis müavini Təranə Bəşirova FAO-nun Azərbaycanda toxumluq sektorunun inkişaf etdrilməsinin dəstək verilməsi layihəsinin məqsəd və vəzifələri haqda ətraflı məlumat verdi. Qobustan BTS-nin direktoru Atabəy Cahangirov stansiyada milli və beynəlxalq seleksiya proqramları çərçivəsində aparılan tədqiqat işləri, dəmyə üçün yaradılmış yeni taxıl və digər başqa sortlarının üçün məhsuldarlıq və keyfiyyət baxımından üstünlükləri haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirin gedişində KTN-nin yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Qərib Novruzlunun “Yeni yüksək məhsuldar kənd təsərrüfatı bitki sortları və toxumçuluq sisteminin məhsuldarlığın əsasıdır”, Əkinçilik ET İnstitutunun İstehsalat üzrə direktor müavini Atif Zamanovun “Əkinçilk ET İnstitutunun bitki seleksiyası fəaliyyətləri”, “ilkin toxumçuluq və toxum istehsalı” mövzularında çıxışları oldu. Fermerlər tədbirin proqramına uyğun olaraq yeni taxıl və digər k/t bitki sortlarından ibarət nümayiş əkinləri ilə tanış oldular və bu sortların iqlim dəyişmələrinə adaptasiyası ilə bağlı məsələlərin müzakirəsində yaxından iştirak etdilər.


Qobustan BTS-də yeni taxıl sortlarının nümayişinə həsr olunmuş tarla günü keçirildi Qobustan BTS-də yeni taxıl sortlarının nümayişinə həsr olunmuş tarla günü keçirildi Qobustan BTS-də yeni taxıl sortlarının nümayişinə həsr olunmuş tarla günü keçirildi Qobustan BTS-də yeni taxıl sortlarının nümayişinə həsr olunmuş tarla günü keçirildi