ET Aerokosmik İnformatika İnstitutunun əməkdaşları ilə Əkinçilik İnstitutunda görüş keçirildi

Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai cari ilin 08 iyul tarixində Azərbaycan Respubliksı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin ET Aerokosmik İnformatika İnstitutunun elmi işlər üzrə direktor müavini Rauf Rəhimov, baş mühəndisi Akif Fətullayev, elmi-texniki şöbənin rəisi Ərşad Əhmədov və məsafədən zondlamanın fiziki problemləri şöbəsinin rəisi Məlahət Paşayevadan ibarət nümayəndə heyətini qəbul etdi. Görüş zamanı Cavanşir Təlai qonaqlara Əkinçilik ET İnstitutunun elmi və təşkilati fəaliyyəti barədə ətraflı məlumat verdi. Səfərin məqsədi barədə çıxış edən Rauf Rəhimov, Akif Fətullayev və başqaları Əkinçilik İnstitutu ilə birgə elmi əməkdaşlığa və müştərək layihələrin icrasına maraqlı olduqlarını bildirdilər. Görüşdə Əkinçilik İnstitutunun tövsiyəsi ilə seçiləcək taxıl və digər bitkilər əkilmiş sahələrdə Məsafədən Zondlama üsulu ilə torpağın strukturu, aqrokimyəvi göstəriciləri, nəmliyi, həmçinin meteoroloji göstəricilərilə (temperatur, nisbi rütubət, yağıntının miqdarı, küləyin sürəti) təmin edilməsi, məhsuldarlıq indeksi əsasında əkin sahələrinin münkün olan məhsuldarlığın proqnozlarının verilməsi kimi məsələr müzakirə edildi. Görüşün sonunda yaxın zamanlarda hər iki institut arasında birgə elmi əməkdaşlığa dair müqavilənin bağlanması qərara alındı. Müqavilədə əməkdaşlığın prioritet istiqamətləri, tərəflərin öhdəlikləri və sair öz əksini tapacaqdır.


ET Aerokosmik İnformatika İnstitutunun əməkdaşları ilə Əkinçilik İnstitutunda görüş keçirildi ET Aerokosmik İnformatika İnstitutunun əməkdaşları ilə Əkinçilik İnstitutunda görüş keçirildi