Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə cari ilin 14 iyul tarixində institutun Qobustan rayonunda yerləşən Qobustan Bölgə Təcrübə Stansiyasında “Yeni taxıl sortlarının üstünlüklərinin dəmyə şəraitində nümayişi və toxumçuluğunun elmi əsaslarla təşkili” mövzusunda elmi-praktiki seminar keçirildi. Seminarda giriş sözü ilə çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq, aqrar sahənin elmi təminatının respublikanın kənd təsərrüfatı qarşısında qoyulan hazırkı tələblər baxımından daha da yaxşılaşdırılması istiqamətində aparılan elmi-tədqiqatlar, onların nəticələrinin tətbiqi və elmlə istehsal arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti və Strateji Yol Xəritəsində aqrar sahənin inkişaf istiqamətləri barədə ətraflı məlumat verdi. Sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov seminar iştirakçılarını salamlayaraq ölkəmizdə aqrar sahənin son dövrlərdə inkişafından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından ətraflı danışdı.Daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlainin “Dəmyə şəraiti üçün yaradılmış yeni taxıl sortları, toxumçuluğunun təşkili və məhsuldarlığı şərtləndirən amillər”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirovun “Milli və beynəlxalq seleksiya proqramları çərçivəsində Qobustan BTS-də taxılçılıq sahəsində aparılan tədqiqat işlərinin yekunları haqqında” çıxışları oldu. Stansiyanın elmi əməkdaşları Baba Əhmədov, Həmid Həmidov, Abbas Zərbəliyev isə stansiyada qoyulan təcrübə sahələri haqqında tarla şəraitində ətraflı məlumatlar vermişlər. Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılmış və onlara taxıl zəmilərinin vaxtında itkisiz biçilməsi, tədarükü və dərmanlanması barədə praktiki bilgilər verilmişdir.Tədbirin gedişində kənd təsərrüfatı naziri cənab Heydər Əsədov,Qobustan Rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Samux Rayonunun icra hakimiyyətinin başçısı Asif Ağayev Qobustan BTS-də qurulmuş və istehsal gücü saatda 2 ton olan yeni toxum emalı zavodu ilə, tarlada Əkinçilik İnstitutu tərəfindən dəmyə şəraiti üçün yaradılmış və nümayiş olunan rayonlaşmış və perspektivli yeni taxıl sortları ilə tanış oldular. Cənab Heydər Əsədov ölkədə taxılçılığın inkişafı ilə bağlı öz dəyərli tövsiyə və tapşırıqlarını verdi.


Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi Qobustan BTS-də taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi