İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən 21 iyul 2017-ci tarixdə institutun Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında “Yonca və xaşa bitkilərindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyası” mövzusunda təlim seminarı keçirildi. İnstitutun direktor müavini Atif Zamanov seminar iştirakçılarını salamlayaraq Prezident cənab İlham Əliyevin ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafına göstərdiyi böyük qayğıdan və Strateji Yol Xəritəsində bu sahənin inkişafının prioritet istiqamətləri və tədbirin keçirilməsi üçün yaranmış zərurət barədə danışdı və seminarı açıq elan etdi.
Daha sonra Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev seminar iştirakçılarını salamlayaraq respublikamızda aqrar sahənin son dövrlərdə inkişafından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından ətraflı danışdı. Son illər rayon ərazisində heyvandarlığın inkişafı üçün həyata keçirilən layihələr barədə məlumat verdi və heyvandarlığın yem bazasının möhkəmləndirilməsində bu seminarında xüsusi əhəmiyyəti olacağını qeyd etməklə Kənd Təssərrüfatı Nazirliyinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə rayon rəhbərliyi adından öz təşəkkürünü bildirdi və seminara işində uğurlar dilədi.
Seminarın proqramına uyğun olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov “Yonca bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyasının əsasları” movzusunda çıxış edərək, yonca bitkisinin becərilməsi üçün elmi əsaslarla torpağın hazırlanmasından, əkin müddətlərindən, becərmə istiqamətindən asılı olaraq səpin üsulundan və səpin normalarından geniş məlumat verdi.
Sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rasib Zeynalov “Xaşa bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyasının əsasları” mövzusuna həsr edilmiş məruzəsində dağ və dağətəyi bölgələr üçün heyvandarlığın yem ehtiyatının möhkəmləndirilməsində və arıçılığın inkişafında xüsusi əhəmiyyətini qeyd etdi. Xaşa bitkisinin becərilməsi üçün elmi əsaslarla xüsusilə dağlıq ərazilərdə torpağın hazırlanmasından, əkin müddətlərindən, becərmə istiqamətindən asılı olaraq səpin üsulundan və səpin normalarından geniş məlumat verərək dağlıq bölgələrdə eroziya proseslərinə qarşı mübarizdə bu bitkinin özəlliklərini də şərh etdi.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva “Yonca və xaşa bitkilərinin çalım müddətinin, otun qurudulması və saxlanması üsullarının onun keyfiyyətinə və qidalılığına təsiri” mövzusunda çıxış etdi. O çıxışında yem tədarükündə hər iki bitkinin tam qönçələmə fazasında çalınmasını tövsiyə etdi. Beləki, aparılmış tədqiqat işlərinin nəticələrinə görə ən yüksək qidalıqda elə bu fazada əldə edilmişdir. O qeyd etdi ki, otun qurudulması ilk dörd-beş saatdan sonra tirə və xotmanlarda qurudularsa çalımdan sonrakı qida itkisini minimuma endirmək mümkündür. Otun yeyilmə faizini artırmaq və qida itkisini azaltmaq üçün otun örtülü yerlərdə saxlanılmasını məsləhət bildi.
Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının müdiri Vüqar Rəhimov “Ağstafa YTT-də yemçilik sahəsində aparılan tədqiqat işləri haqqında” məlumat verərək yonca, lərgə və gülülcə bitkiləri üzrə aparılan seleksiya işləri və onların nəticəsi kimi Ağstafa-1, Ağstafa-2 və Yazçiçəyi yonca sortlarının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən rayonlaşdırılması və lərgənin Leyla-12, gülülcənin Canan sortlarının isə həmin təşkilatın sort-sınaq məntəqələrində sınaqdan keçirilməsi barədə məlumat verdi. Eyni zamanda natiq seminar iştirakçılarını Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfidən yaradılmış və respublikanın qərb bölgəsi üçün xarakterik olan buğda və arpa bitkilərinin nümayiş əkilərinin nəticələri barədə məlumatlandırdı.
Təsərrüfatın elmi əməkdaşları Nazilə Əhmədova tarla şəraitində yonca bitkisinin müxtəlif sortlarının ilkin toxumçuluğunun təşkili üçün yaradılmış toxum pitomnikləri və Valeh Həsənov isə YTT-də xaşa toxumu istehsalı üçün yaradılmış xaşa bitkisinin ilkin toxumçuluq pitomnikləri barədə ətraflı məlumat verdilər.
Müzakirələr və tarla şəraitində nümayişlər zamanı fermerləri maraqlandıran suallar seminarın təşkilatçıları tərəfindən müvafiq qaydada cavablandırıldı və seminar iştirakçılarına yonca və xaşa bitkilərinin becərilməsi, vaxtında itkisiz biçilməsi, tədarükü və saxlanması barədə praktiki bilgilər verildi.

 


İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi İnstitutun Ağstafadakı təcrübə bazasında yem bitkilərinin becərilmə texnologiyasına həsr edilmiş təlim seminarı keçirildi