Heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirilib

2017-ci ilin iyul ayının 26-da Oğuz rayonunda, 27-də Zaqatala, 28-də isə Sabirabad rayonlarında damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın keyfiyyətinə nəzarətin həyata keçirilməsi, yem bazasının yaradılması imkanlarının genişləndirilməsi və ayrı-ayrı yem bitkiləri haqqında məlimatlılığın artırılması, əhatə bölgələri üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirələri keçirilmişdir.
Zona müşavirələrində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar oldu. Zona müşavirəsində Sevil Abbasquliyeva “Yem istehsalında yeni texnologiyaların tətbiqi” mövzusu ilə çıxış etdi. Yem istehsalında yeni texnologiyaların tətbiqi, düzgün və tam balanslı yemləmənin təşkili, yem payı, yem normalarının tərtibi və s. məsələrə toxunaraq bu məsələlərin aktual olduğunu vurğulayıb. Çıxış ətrafında müəyyən disskusiyalar və suallar oldu.
Elmi-tədqiqat institutlarının alimləri tərəfindən fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.


Heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirilib Heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirilib