İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminarı keçirildi

Cari ilin 14 sentyabr tarixində Əkinçilik ET İnstitutunun Qobustan BTS-də “Stansiyalar üçün alınmış toxum təmizləmə və emal xətlərinin istismarı və iş prinsiplərinin öyrənilməsi”nə həsr edilmiş təlim seminarı keçirildi. Təlimdə isntitutun digər stansiyalarında çalışan əməkdaşları ilə yanaşı toxumçu fermerlər də iştirak edirdilər. Seminarı giriş sözü ilə açan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsində toxumçuluq sektorunun inkişaf etdirilməsi subkomponentin bitki sağlamlığı üzrə mütəxəssisi Cəfər Məhərrəmov layihə çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində görülmüş işlər və bu istiqamətdə gələcək fəaliyyətlər barədə seminar iştirakçılarına məlumat verdi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlainin “Ölkədə toxumçuluq sektorunun inkişaf etdirilməsində ƏETİ-nin rolu” mövzusunda çıxışı oldu. O, çıxışında keyfiyyətli toxumun bitki məhsuldarlığının və keyfiyyətinin artırılması, institutunun bitki sortları və toxumuçuluq fəaliyyəti, bu sahəyə dövlət dəstəyi, KTRQGL çərçivəsində stansiyalara verilmiş və istismara buraxılmış toxum təmizləmə və emal xətlərinin üstünlükləri haqqındakı məsələlərə ətraflı toxundu və bu sahədə stansiyaların maddi-texniki bazalarının gücləndirilməsində göstərilən qayğıya görə ölkə prezidentinə, KTN-nin rəhbərliyinə öz dərin təşəkkürlərini bildirdi. Seminarda çıxış edən Qobustan BTS-nin direktoru Atabəy Cahangirov stansiyanın toxumçuluq fəaliyyəti, KTRQGL çərçivəsində verilmiş və istehsal gücü saatda 2 ton olan yeni toxum təmizləmə avadanlığının beynəlxalq standartlara uyğun keyfiyyətli toxum istehsalında, vaxta qənaət edilməsi baxımından üstünlüklərinə və digər məsələlərə ətraflı toxundu. Seminarın gündəliyinə uyğun olaraq Türkiyənin “Akyürek” şirkətinin nümayəndələri toxumçuluq sektorunun inkişaf etdirilməsi üçün “Akyürek” şirkətinin istehsal etdiyi qabaqcıl texnologiyalar, avadanlıqlar və xidmətlər, Qobustan BTS-də quraşdırılmış avadanlıqların iş prinsipi haqqında bilgilər verdikdən sonra praktiki olaraq seminar iştirakçılarına nümayiş etdirdilər. Verilmiş suallar ətraflı şəkildə cavablandırıldı.


İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminarı keçirildi İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminarı keçirildi İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminarı keçirildi İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminarı keçirildi İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminarı keçirildi