Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi

19.09.2017-ci il tarixində Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi. İclası institutun direktoru Cavanşir Təlai acaraq kollektivi salamladı, institutun fəaliyyətindən, Strateji Yol Xəritəsinin instituta aid sahələrindən, aktual yeniliklərdən və gündəliyə daxil olan məsələlərdən bəhs etdi. Elmi Şuranın geniş iclasında institutun planına və tədqiqat proqramlarına uyğun olaraq icra olunan elmi-tədqiqat işlərinin 2017-ci ilə dair birillik və 2015-2017-ci illərə aid isə yekun hesabatların və tətbiq etmə aktlarının təqdim edilməsilə bağlı məsələlərin müzakirəsi aparıldı. İllik hesabatların müzakirəsi ilə bağlı şöbə və laboratoriyalarda toplantıların kecirilmə vaxtları təyin edildi. Mövzu planlarına uyğun olaraq institutun təcrübə bazalarında payızlıq əkinlərin aparılması ilə bağlı məsələlər, problem və çətinliklər araşdırıldı və müvafiq tədbirlər görüldü. Elmi Şura iştirakcıları onları maraqlandıran məsələlər ətrafında cıxış və müzakirələr edərək bir sıra məsələlərin həlli yollarını müəyyənləşdirdilər. Sonra cari məsələlər ətrafında geniş danışıqlar aparıldı və qərarlar qəbul edildi. Elmi Şuranın iclası müvəffəqiyyətlə başa çatdı.

 

 


Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi