Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

22 sentyabr 2017-ci il tarixdə Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İnstitutun direktoru Cavanşir Təlai Elmi Şura üzvlərini, kollektivi səmimi olaraq salamladıqdan sonra, qarşıda duran və həyata keçiriləcək işlərin günün tələblərinə uyğun olaraq qurulmasından və s. bəhs edərək aidiyyati tapşırıqlar verdi. Mövzu planlarına uyğun olaraq 2018-2020-ci illər ərzində ayrı-ayrı struktur bölmələrdə icrası nəzərdə tutulan yeni tədqiqat mövzularının və cari məsələlərin müzakirəsi aparıldı. Elmi Şura üzvlərinin irad və təklifləri dinlənildi və bir sıra məsələlərin həlli yolları müəyyən edildi.


Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi