İnstitutun əməkdaşı Zaqatalada ipəkçiliyin inkişafına həsr edilmiş seminarda iştirak etdi

27 sentyabr 2017-ci il tarixində Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin işlənib hazırlanması” Qrant Layihəsi çərçivəsində Zaqatala rayonunda “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda keçirilən seminarda iştirak etdi. Elmin İnkişafı Fondu, AMEA Şəki Regional Elm Mərkəzi və Zaqatala Rayon İcra akimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan seminarda aidiyyəti qurumların nümayəndələri, baramaçılıq sahəsində çalışan mütəxəssislər, barama istehsalı ilə məşğul olan fermerlət iştirak edirdi.   Seminarı giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şərifzadə açaraq rayonda baramaçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən danışdı. AMEA Şəki Regional Elm Mərkəzinin direktoru Yusif Şükürlü “Ekoloji təmiz ipək istehsalında innovasiyaların tətbiqi” mövzusunda çıxış edərək ekoloji təmiz kənd təsərrüfatı istehsalında əsas məqsədin təbii ehtiyatların səmərəli istifadəsi, mühafizəsi və insan sağlamlığının qorunmasından ibarət olduğunu qeyd etdi. Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov “Torpaq xassələrinin dəyişməsinin bitkilərin inkişafına və məhsuldarlığına təsiri” adlı çıxışında torpaq-bitki sistemində baş verən dəyişikliklərin mühüm ekoloji əhəmiyyətə malik olduğunu vurğuladı. Sonra AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Ayaz Məmmədov “Tut ipəkqurdunun molekulyar genetik metodlarla öyrənilməsi” mövzusunda çıxış etdi. Qax Damazlıq Stansiyasının rəisi Əkrəm Fətəliyevin barama toxumu istehsalına və Zaqatala Kənd Təsərrüfatı İdarəsinin rəisi Xalis Mahalovun baramaçılığın inkişaf perspektivlərinə həsr olunmuş çıxışlarla seminar öş işini başa vurdu.   


İnstitutun əməkdaşı Zaqatalada ipəkçiliyin inkişafına həsr edilmiş seminarda iştirak etdi İnstitutun əməkdaşı Zaqatalada ipəkçiliyin inkişafına həsr edilmiş seminarda iştirak etdi