İnstitutun əməkdaşı Rusiyanın Belqorod şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi

24-26 oktyabr 2017-ci il tarixində Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Qulu oğlu Hümmətov Rusiya Federasiyasının Belqorod şəhərində Belqorod Dövlət Milli Tədqiqat Universitetinin təşkilatçılığı ilə “Rusiyanın Avropa hissəsində və ətraf ərazilərdə təbiətdən istifadə problemləri və ekoloji vəziyyət” mövzusunda professor Aleksandr Nikolayeviç Petinin xatirəsinə həsr edilmiş VII beynəlxalq elmi konfransda iştirak etdi. Belqorod Dovlət Milli Tədqiqat Universiteti ilə bərabər REA Coğrafiya İnstitutu, Rusiya Coğrafiya Cəmiyyətinin Belqorod bolməsi, ABŞ Missuri Universiteti, Belarus Dövlət Universiteti və “Beloqorye” Dövlət Təbiət qoruğu həmtəşkilatçı qismində iştirak edirdilər. Konfransda Rusiya, Belarus, Ukrayna, ABŞ, Sloveniya, Avstriya, Azərbaycan,  Qazaxıstan, Qırğızıstan və Vyetnamdan 260-dan çox nümayəndə iştirak edirdi. Konfransın nəşr olunmuş məcmuəsinə 133 elmi məqalə daxil olmuşdur. Plenar və bölmə iclaslarında ətraf mühitdən səmərəli istifadə və ekoloji problemlər, ətraf mühitdən səmərəli istifadənin yeni texnologiyaları, torpaq örtüyünün ekoloji monitorinqi, kənd təsərrüfatında təbiətdən səmərəli istifadə, aqrolandşaftın qorunması və davamlı inkişafı, resursların sosial-ekoloji qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması və artırılması, torpaq, su və atmosferin çirklənmə mənbələri və səbəbləri, torpaq resurslarından səmərəli istifadə və münbitliyin qorunması, yeraltı sərvətlərdən istifadənin mühəndis-ekoloji problemləri, geoekoloji təhlükəsizlik və digər məsələlərə həsr olunmuş 50-dən çox məruzə dinlənildi. Nizami Hümmətovun dəmyə şəraitində dənli-paxlalı bitki aqrosenozunun torpağın münbitliyinə, onun fiziki keyfiyyətinə, strukturuna və suyadavamlılığına təsirinin öyrənilməsinə həsr edilmiş “Azərbaycanın dəmyə şəraitində dənli-paxlalı bitkilərin vegetasiya dövründə torpağın aqrofiziki xassələrinin dəyişməsi” mövzusunda məruzəsi maraqla qarşılandı və geniş müzakirəyə səbəb oldu. 

 


İnstitutun əməkdaşı Rusiyanın Belqorod şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi İnstitutun əməkdaşı Rusiyanın Belqorod şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi İnstitutun əməkdaşı Rusiyanın Belqorod şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi İnstitutun əməkdaşı Rusiyanın Belqorod şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi