Rəhbərlik

Atif Arif oğlu Zamanov, b.ü.f.d., dosent / İstehsalat üzrə direktor müavini

Zamanov Atif Arif oğlu 30 may 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş, orta təhsilini 1974-1984-cü illərdə Şərur rayonu Çərçiboğan kənd orta məktəbində almışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə, 1986-cı ildə isə həmin institutun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuşdur. 1991-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, “alim aqronom” ixtisasına yiyələnmiş, 1991-1992-ci illərdə Şərur rayonu “SSRİ-nin 50-illiyi” adına kolxozda aqronom vəzifəsində çalışmışdır. 1992-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda “Bitki fiziologiyası” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1994-cü ildə əyani təhsilini başa vurmuşdur. 2002-ci ildə akademik C.Ə.Əliyevin rəhbərliyi altında “Məhsuldarlığına görə fərqlənən buğda genotiplərinin fotosintezedən müxtəlif orqanlarında karbon qaz mübadiləsi və transpirasiyanın intensivliyi” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Əkinçilik Elmi-Tədqiqat İnstitutunda işlədiyi müddətdə 4 yumşaq buğda sortunun həmmüəlliflərindən biri olmuşdur. Bunlardan “Qırmızı gül 1” buğda sortu Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının qərarı ilə rayonlaşaraq patentləşmiş və Azərbaycan Respublikası üzrə seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmişdir. Həmmüəllifi olduğu 3 yumşaq (“Pirşahin 1” “Gilavar”, “Xəzri”,“Səba”) və 2 bərk buğda sortu (Göytəpə, Araz) hal-hazırda Dövlət Sort Sınağı Komissiyasında sınaqdadır. Respublikada və xaricdə 70-dən artıq elmi əsəri nəşr olunmuşdur. İki nəfər aspirantın hazırlanmasına rəhbərlik edir. Hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat üzrə direktor müavini vəzifəsində çalışır.

Email: zamanov.atif@mail.ru

Əlaqə tel: 551-67-59

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ