Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin sədri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Birləşmiş Həmkarlar Komitəsinin iclası keçirilib.
İclasda KTN-nin Birləşmiş Həmkarlar Komitəsinin sədri Fuad Məmmədov və “Təşkilat” şöbəsinin müdiri Anar Tağıyev, o cümlədən institutun rəhbərliyi və kollektivi iştirak ediblər.
İnstitutun direktoru Faiq Xudayev tədbiri giriş sözü ilə açaraq Həmkarlar Komitəsinin sədri Fuad Məmmədovun  gəlişinin əhəmiyyətini vurğulayıb. Sonra  o, institutun əməkdaşlarının mütəmadi olaraq rəhbərlik və Həmkarlar təşkilatı tərəfindən diqqətə layiq görüldüyünü, fəxri fərmanla təltif olunduqlarını və mükafatlandırıldıqlarını bildirib.
 Fuad Məmmədov çıxışı zamanı kollektivlə görüşündən məmnunluq duyduğunu bildirib. O, aktual məsələlərə toxunaraq, institutun fəaliyyətinin ölkə qarşısında əhəmiyyətindən bəhs edib və institutun üzərinə düşən məsuliyyətin xüsusiliyini vurğulayıb.
      Tədbirdə kollektivin bir neçə üzvü, yubilyarlar fəxri fərmanla təltif olunublar, onlara çiçək dəstələri bağışlanıb. 
      Sonra institut əməkdaşlarının problemləri  və təklifləri dinlənilib. Müxtəlif çıxışlar səsləndirilib və aktual məsələlərə toxunulub.
© 2020 Əkinçilik ETİ