Xəbərlər

“Toxumçuluq üzrə açıq qapı günü” tədbiri keçirilib

“Agro Dairy” MMC-nin Tovuz rayonu, Ceyrançöl ərazisində “Toxumçuluq üzrə açıq qapı günü” tədbiri keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Əkiniçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Sevinc Məmmədova, “Bitki fiziologiyası” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Sevda Abdulbaqiyeva və Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova iştirak ediblər.
Tədbir iştirakçıları “Agro Dairy”nin Samux ofisində təhlükəsizlik barədə məlumatlandırıldıqdan sonra (Samux rayonu, Qaraağaclı kəndi) Ceyrançöl ərazisinə gediblər. Almaniya və Avstriya mənşəli buğda və arpa sortları ilə yanaşı Əkinçilik ETİ-nin “Qırmızı gül-1” və “Murov-2” yumşaq buğda sortlarının toxumluq əkininə baxış keçirilib. Tətbiq edilən intensiv becərmə texnologiyası, bitki mühafizə tədbirləri, toxumluq əkinlərin aprobasiyası barədə məlumat verilib. Həmçinin sınaq təcrübə sahəsində əkilmiş sortlara baxış keçirilib. Daha sonra fikir və təcrübə mübadiləsi əsasında diskussiya aparılıb.
© 2020 Əkinçilik ETİ