Xəbərlər

Əkinçilik ET İnstitutuna şagirdlərin ekskursiyası təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna Kaspi Kids liseyinin şagirdlərinin ekskursiyası təşkil olunub. 
Ekskursiyada institutun Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə baxış və laboratoriyalarla tanışlıq həyata keçirilib. 
Şagirdləri institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova salamlayıblar.
“Modern seleksiya və molekulyar biologiya” laboratoriyasının elmi işçisi Röya Əsgərli şagirdləri təcrübə əkinləri ilə tanış edib. Şagirdlərə institutun orta müddətli “Genbank”ı haqqında məlumat S.Məmmədova tərəfindən izah olunub.
Ekskursiya ərzində laboratoriya müdirləri Qətibə Həsənova “Dənin keyfiyyəti”, Həlimə Məmmədova “Modern seleksiya və molekulyar biologiya”, Laçın Novruzov isə “Torpaq və bitki analizləri” laboratoriyalarının fəaliyyətindən şagirdlərə məlumat veriblər.
Şagirdlərə institutun rəhbərliyi tərəfindən yaradılan sortlar haqqında kitabçalar, bukletlər və s. hədiyyə olunub, xatirə şəkilləri çəkilib.
© 2020 Əkinçilik ETİ