Xəbərlər

Əkinçilik ETİ və "Aqrosol" MMC arasında memorandum imzalanıb

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) və “Aqrosol” MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə ƏETİ-nin direktoru Faiq Xudayev, institutun “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri Laçın Novruzov və “Aqrosol” MMC-nin təsisçisi və rəhbəri Tural Mirzəyev iştirak ediblər. Tərəflər arasında "Şoran ərazilərdə taxıl bitkilərinin yetişdirilməsi üçün torpaqların kimyəvi preparatların köməyilə optimal həddə qədər duzlardan azad edilməsi" layihəsi üzrə memorandum imzalanıb. 
 
Layihəyə əsasən respublikanın müxtəlif rayonlarında sınaqlar təşkil ediləcək. "Aqrosol" MMC-nin təklif etdiyi kimyəvi preparat Azərbaycanda ekocoğrafi problemlərdən olan şorlaşmaya məruz qalan torpaqları duzlardan azad edərək məhsul verəcək hala gətirəcək.
Layihə çərçivəsində tərəflər arasında fikir mübadiləsi və müzakirələr aparılıb.
© 2020 Əkinçilik ETİ