Xəbərlər

Beynəlxalq və yerli ekspertlər Əkinçilik ETİ-də səfərdə olublar

Qlobal Ekologiya Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi (AgroBio)” layihəsi çərçivəsində beynəlxalq və yerli ekspertlər Əkinçilik ETİ-də olublar. Tərəflər arasında keçirilən görüşdə institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu, Bitki seleksiyası şöbəsinin aparıcı elmi işçisi Xanbala Rüstəmov iştirak ediblər. Görüş zamanı qonaqlara ƏETİ-nin respublikada kənd təsərrüfatı istehsalının artırılmasında prioritetləri, potensial imkanları və fəaliyyət istiqamətləri, institutun mandatına daxil olan bitkilər və rayonlaşdırılmış sortları və onların respublika taxıl əkinlərində payı haqqında məlumat verilib.
Aqrobiomüxtəliflilik üzrə beynəlxalq ekspert Francis Hurst, layihə rəhbəri Fərid Abbasov və digər ekspertlər institutun “Dənin keyfiyyəti” laboratoriyası və orta müddətli “Genbank”la tanış olublar. Ekspertlərə burada görülən işlər haqqında məlumat verilib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
© 2020 Əkinçilik ETİ