Xəbərlər

“Resursqoruyucu əkinçiliyin üstünlükləri və təkrar əkinin tətbiqi” mövzusunda onlayn təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov tərəfindən “Resursqoruyucu əkinçiliyin üstünlükləri və təkrar əkinin tətbiqi” mövzusunda onlayn təlim keçirilib. O, təqdimatla çıxış edərək təkrar əkinlərin əhəmiyyətindən ətraflı şəkildə bəhs edib. 
İştirakçıların mövzuya dair səsləndirdikləri suallar İ.Cümşüdov tərəfindən geniş şəkildə cavablandırılıb.
Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Atif Zamanov, Sevindik Dünyamalıyev, Pərvanə Məmmədova, Rəhminə Zamanova, Qabil Kazımov, həmçinin aidiyyati təşkilatların mütəxəssisləri və fermerlər iştirak ediblər.
© 2020 Əkinçilik ETİ