Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu bir sıra əməkdaşlıq görüşləri keçirib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Suvaran MMC Və Etalon Agro MMC ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib. 
Görüşdə Əkinçilik Elmi- Tədqiqat İnstitutunun mandatına aid kənd təsərrüfatı bitkilərinin müasir suvarma sistemləri ilə təchiz olunma şəraitində becərilməsi və ənənəvi selləmə üsulla suvarılma, müqayisəli təhlilərin aparılması nəzərədə tutulub.
 
“Suvaran” MMC damcı sulama sistemlərində ixtisaslaşan bir şirkətdir. Azərbaycanda və qonşu ölkələrdə torpağın aşağı məhsul verdiyi, su çatışmamazlığı və sərt topoqrafiyaya sahib olan yerlərdə məhsuldarlığı artırmaq üçün həllər təklif edir. Şirkət 2015-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb. Şirkətin gəncliyinə baxmayaraq Azərbaycan ərazisində 20-dən çox müxtəlif layihəni həyata keçirilib. 
Görüşdə razılaşmaya əsasən, “Suvaran” MMC Əkinçilik Elmi Tədqiqat İnstitunun təqdim etdiyi sahədə tam müasir suvarma sistemi quracaq, Əkinçilik Elmi Tədqiqat İnstitutu bu ərazidə öz mandantına uyğun bitkilərin becərilməsini həyata keçirəcək və ənənvi suvarma üsulu ilə müqayisəli təhlillər aparılacaq.
 
“Etalon Agro” MMC isə layihənin kordinasiyasını həyata keçirəcək.
© 2020 Əkinçilik ETİ