Xəbərlər

“Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinə yeni müdir təyin olunub

İnstitutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri vakant vəzifəsinə təyin edilən aqrar sahədə 25 ildən artıq təcrübəyə malik, b.ü.f.d. dosent Təmraz Hacıəli oğlu Təmrazovun rəhbərlik səviyyəsində şöbə əməkdaşlarının iştirakı ilə təqdimatı keçirilib. İnstitutun direktoru a.e.ü.f.d., dosent Faiq Xudayev şöbə müdiri vəzifəsinə yeni təyin olunmuş
T.Təmrazovu kollektivə təqdim edərək, şöbənin fəliyyətinin günümüzün tələbinə uyğun olaraq intensivləşdirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, qarşıda duran mövcud prioritetlərin standartlar səviyyəsində təkmilləşdirilməsi aspektindən çıxış edərək, T.Təmrazovun bu vəzifəyə təcrübə, müasir yanaşma potensialı baxımından uyğunluğunu diqqətə çatdırıb.
Eyni zamanda şöbənin aqrar sahənin inkişafında əhəmiyyətini vurğulayaraq daha müasir və səmərəli metodlardan istifadə etməklə fəaliyyət istiqamətlərinin müasir tələblər səviyyəsində yenidən qurulmasının vacibliyini qeyd edib. Təqdimat zamanı T.Təmrazov ona göstərilən etimadın doğruldulması, qarşıya qoyulan məqsəd və vəzifələrin həlli istiqamətində gələcək planlarını açıqlayıb.

© 2020 Əkinçilik ETİ