Xəbərlər

“Növbəli əkinçilikdə və heyvandarlığın yem bazasının gücləndirilməsində yem noxudunun əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında “Növbəli əkinçilikdə və heyvandarlığın yem bazasının gücləndirilməsində yem noxudunun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Cəlilabad Bölgə Təcrübə Stansiyasının (BTS) direktoru Şahlar Əsədullayev, “Azərting” MMC-nin direktoru Zəminə Sərhədova və 20-yə yaxın fermer iştirak ediblər.
Tədbirdə yem noxudunun növbəli əkinçilikdə torpağın strukturunun yaxşılaşdırılması və qida maddələri ilə zənginləşdirilməsində mühüm əhəmiyyətindən ətraflı danışılıb. Qeyd edilib ki, həmin bitkilərdən yığılan məhsul heyvandarlıqda və quşçuluqda zəngin qida maddələrindən biri hesab edilir. 
Həmçinin yem noxudunun həm növbəli əkinçilikdə, həm də heyvandarlığın yem bazasının möhkəmləndirilməsində istifadəsinin böyük perspektivləri var.
Sonda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
© 2020 Əkinçilik ETİ