Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “KWIZDA agro GmbH” şirkətinin nümayəndəsi İndrek Vasma ilə görüş keçirildi

21.01.2020 tarixində Əkinçilik ET İnstitutunda “KWIZDA agro GmbH” şirkətinin Estoniya Respublikası üzrə nümayəndəsi İndrek Vasma ilə görüş keçirildi. Görüşdə “KWIZDA Trichoderma” texnologiyası əsasında hazırlanmış, tərkibində “Trichoderma” göbələyinin T34 hibrid ştammı və fermentlər olan “Trifender, “XİLON WP” və “PS Perfect Pro” təbii preparatlarının müxtəlif kənd təsərrüfatı bitkilərində xəstəliklərə qarşı mübarizə aparmaq və bitkilərin intensiv inkişafını artırmaq məqsədilə preparatların tətbiqinə dair sınağın keçirilməsinə dair müzakirələr aparıldı. Qərara alındı ki, təklif olunan preparatlar araşdırılsın və məqsədəuyğun olarsa lazımı prosedur qaydada gələcəkdə onların sınağı təşkil olunsun.

© 2020 Əkinçilik ETİ