Xəbərlər

Strateji Yol Xəritəsi və Dövət Proqramı üzrə fəaliyyətləri stimullaşdırmaq məqsədilə işçi qrupu yaradıldı

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin qərarı ilə institutda Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi  və Dövət Proqramı üzrə fəaliyyətləri stimullaşdırmaq məqsədilə işçi qrupu yaradılmışdır. Yaradılan işçi qrupunun vəzifələrinə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil olan hansı bitki sortlarının Strateji Yol Xəritəsi  və Dövlət proqramına daxil olduğunu, həmin məsələlərlə institutun hansı şöbə və laboratoriyalarının məşğul olduğunu müəyyən etmək, 2019-2020-ci illərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda görüləcək işlər barəsində tədbirlər planını hazırlamaq, Strateji yol Xəritəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutuna aid bəndləri müəyyən etmək, bu bəndlərlə hansı şöbələrin iş apardığını müəyyən etmək və görüləcək işlər barəsində aylıq qısa hesabat hazırlamaq və təqdim etməkdən ibarətdir.

© 2020 Əkinçilik ETİ