Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda mövcud problem və məsələlərin müzakirəsihə həsr edilmiş toplantı keçirildi

27.01.2020-ci il tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda mövcud problem və məsələlərin müzakirəsinə həsr edilmiş toplantı keçirildi. Toplantıda institutun direktoru Faiq Xudayev laboratoriyalarda olan avadanlıq və cihazların aktuallığı məsələlərinə aydınlıq gətirdi. Sonra o, kadr hazırlığı, innovativ texnologiyaların ölkəyə gətirilməsi, gənc kadrların innovativ layihələrə cəlb edilməsi, ali təhsil institutları ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi,  qarşıda duran problem və vəzifələrdən bəhs etdi. Müzakirələr aparıldı, cari məsələlərə aid tapşırıqlar verildi.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ